Bakıda het-trik edən hücumçu sabiq məşqçisinin "radar"ında

17:26 27 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsində"Qəbələ"nin rəqibi olan "Borussiya"Dortmund əsas oyunçularından olanPyer-Emerik Obameyanqı itirə bilər.

 

Sportarena.az xəbər verir ki, qabonlu hücumçu İngiltərə nəhəngi "Liverpul"un hədəfindədi. İngiltərə təmsilçisinin baş məşqçisi Yurgen Klopp Bakıda keçirilən oyunda “Qəbələ”yə 3 qol vuran forvardı komandasında görmək istəyir. Alman mütəxəssis sabiq futbolçusunun xidmətində maraqlıdı. Artıq "Liverpul" rəhbərliyi Dortmund təmsilçisi ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, 2013-cü ildən "Borussiya" forması geyinən Obameyanq keçirdiyi 75 oyunda 42 qol vurub.


Xəbər xətti