"Barselona" Messi ilə müqavilə müddətini uzatmaq istəyir, amma...

18:02 27 Oktyabr 2015

"Barselona" Lionel Messi ilə müqavilə müddətini uzatmaq istəyir. Sportarena.az xəbər verir ki, Kataloniya klubu kontraktı 2018-ci ildə başa çatacaq argentinalı hücumçuya yeni saziş təklif etmək niyyətindədir.

 

Ancaq "Barsa" bu işdə tələsmək istəmir. Çünki Messinin sərbəst qalma qiyməti 250 milyon avrodur. Bununla belə, ispan klubu müqavilənin yenilənməsi məsələsini çox da uzatmaq fikrində deyil.

 

Qeyd edək ki, Messi hazırkı anlaşmaya əsasən, bonuslarla birlikdə "Barselona"dan illik 25 milyon avro məvacib alır.


Xəbər xətti