Balayev oynamadı, komandası aşağı dəstə təmsilçisinə uduzdu

10:34 28 Oktyabr 2015

Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Sportarena.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt" da növbəti matçına çıxıb.

 

İlk mərhələdə "Bremer"i 3:0 hesabıyla keçən frankfurtlular bu dəfə də səfərdə "Ersgebirge" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu üzdən də Frankfurt klubu kubokda mübarizəni dayandırmalı olub.

 

Qeyd edək ki, Balayev hazırda zədəli olduğundan komandasının oyunlarında iştirak etmir.


Digər xəbərlər

Xəbər xətti