Hakimi söydü, 2 oyunluq cəzalandı

17:37 28 Oktyabr 2015

İspaniya La Liqasının 9-cu turunda "Eybar"a 3:1 hesabı ilə qalib gələn "Barselona"nın futbolçusu Xavyer Maskerano İspaniya Futbol Federasiyası tərəfindən cəzalanıb.

 

Sportarena.az xəbər verir ki, buna argentinalı futbolçunun "Eybar"la görüşdə (3:1) yan xətt hakimini təhqir etməsi səbəb olub. Matçın 83-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Maskerano iki oyunluq cəzalanıb. Maskerano "Xetafe" və "Vilyareal"la matçlarda "Barselona"ya kömək edə bilməyəcək. 31 yaşlı futbolçu La Liqanın 12-ci turunda Madrid "Real"ı ilə keçiriləcək matçda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, "Real" - "Barselona" oyunu noyabrın 21-də keçiriləcək.


Xəbər xətti