Toğrul Əsgərov Avropanın ən yaxşısı seçildi

10:17 30 Oktyabr 2015

2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçi Toğrul Əsgərov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.

 

Sportarena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, idmançı Avropa qitəsi üzrə "Ən yaxşı kişi atleti" adına layiq görülüb.

 

26 oktyabr tarixindən öz işinə başlayan assambleyada gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edir.

 

Milli Olimpiya Komitələri Assosiasiyası 206 olimpiya komitəsini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması mərasimi keçirilir.


Digər xəbərlər

Xəbər xətti