Zidanın oğlu "Real"ın əsas komandasında

12:18 30 Oktyabr 2015

"Real"ın canlı əfsanəsi Zinəddin Zidanın böyük oğlu Enzo Zidan artıq əsas komanda ilə məşq edəcək.
 
Sportarena.az xəbər verir ki, bu barədə qərarı "Real"ın baş məşqçisi Rafael Benites verib. İspaniyalı mütəxəssis gənc futbolçunun nəyə qadir olduğunu yaxından izləmək üçün onu əsas komandaya cəlb edib. "Kastilya"da özünü yaxşı tərəfdən göstərən Enzonun əsas komandada möhkəmlənib-möhkəmlənməyəcəyi maraqla gözlənilir. 
 
Qeyd edək ki, "Real"ın əvəzedici komandası olan "Kastilya"nı Zinəddin Zidan çalışdırır.


Xəbər xətti