Türkiyə millisi yoldaşlıq oyunu keçirəcək

00:38 31 Oktyabr 2015

"Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazanan Türkiyə millisi gələn ay yoldaşlıq görüşü keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Fatih Terimin komandası Yunanıstanla oyunda qüvvəsini sınayacaq.

 

Noyabrın 17-də İstanbulda keçiriləcək matçın başlama saatı hələlik məlum deyil.

 

Qeyd edək ki, Türkiyə indiyədək Yunanıstanla 9 dəfə üz-üzə gəlib. Bunların 6-da Türkiyə yığması, 1-də Yunanıstan millisi qələbə qazanıb. İki görüşdə isə qalib müəyyənləşib.


Digər xəbərlər

Xəbər xətti