Millimizin oyunlarının təqvimi açıqlandı

13:19 31 Oktyabr 2015

DÇ-2016-nın seçmə mərhələsində çıxış edəcək futzal üzrə Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub. 
Sportarena.az xəbər verir ki, gələn il Kolumbiyada keçiriləcək mundiala vəsiqə uğrunda mübarizə aparan yığmamız Xorvatiyada çıxış edəcək.
 
Avropa zonası üzrə əsas seçmə mərhələnin 2-ci qrupunda yarışacaq komandamız ilk matçını dekabrın 10-da keçirəcək. Yığmamız ilkin mərhələdən əsas raunda yüksələn İsveçi sınağa çəkəcək.
 
Ertəsi gün Belarusla qarşılaşacaq millimiz turnirin son günündə meydan sahibləri ilə görüşəcək.
 
Qeyd edək kİ, bu mərhələdə ilk iki yeri tutan komanda pley-offa yüksələcək.
 
DÇ-2016-nın seçmə mərhələsi
Avropa zonası, 2-ci qrup
 
10 dekabr
Xorvatiya – Belarus
Azərbaycan - İsveç
 
11 dekabr
Xorvatiya – İsveç
Azərbaycan - Belarus
13 dekabr
Xorvatiya – Azərbaycan
Belarus - İsveç


Digər xəbərlər

Xəbər xətti