Millimizin üzvü: "Barselona" kimi komandaya qarşı oyunda istər-istəməz həyəcanlı olursan"

14:24 1 Noyabr 2015

“Eybar”a gəlməklə düzgün addım atmışam. Bu komandada öz oyun potensialımı daha da inkişaf etdirəcəyəm."

Sportarena.az xəbər verir ki, bu sözləri millimiziüzvü Eddi İsrafilov "Marca" qəzetinə verdiyi açıqlamada deyib:

"Ötən mövsüm mənim üçün uğursuz oldu və zədədən də əziyyət çəkdim. “Qranada”ya getməklə səhv addım atdığımı fikirləşirəm. Mənim çıxış etdiyim mövqedə çox futbolçu var idi və mən də özümü göstərə bilmirdim. Lakin “Eybar”da hər şey tam fərqlidir. Mən gənc futbolçuyam və sadəcə, səbrli olmalıyam.
Mənim “Camp Nou”dakı çıxışım birinci dəfə deyildi. "Barselona" kimi komandaya qarşı oyunda istər-istəməz həyəcanlı olursan. Yaxşı oyun nümayiş etdirsək də, səfrdən xalla qayıda bilmədik”.


Xəbər xətti