Marko Roys: "Bütün diqqətimizi "Qəbələ" ilə matça yönəltmişik"

15:33 1 Noyabr 2015

“Bundesliqanın son oyununda çox əziyyət çəkdik. Çətin oyun oldu və sonunda qələbə qazandıq."

Sportarena.az xəbər verir ki, bu sözləri Avroliqanın qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya"nın futbolçusu Marko Roys Bundesliqanın son oyunundan sonra yerli mətbuata açıqlamasında deyib. Futbolçu "Qəbələ" ilə qarşılaşacaqları matça da toxunub:

"Bundan sonra daha da diqqətli olmalıyıq. Amma qarşıda qrup mərhələsi üçün həlledici oyunlardan biri olan “Qəbələ” ilə matç var. Bizim üçün vacib qarşılaşmadır.

 

Düzdür, Avroliqa matçından sonra “Şalke” kimi çətin rəqiblər qarşılaşacağıq. Ancaq indi bütün fikrimiz “Qəbələ”yə qarşı matçdadır. Əgər bu matçda da qələbə qazansaq, növbəti mərhələyə çıxmaq üçün edəcəyimiz çox az şey qalacaq. Bütün diqqətimizi cümə günü keçiriləcək matça yönəltməliyik. Bunu bütün oyunçular da bilir”.


Xəbər xətti