"Real" azarkeşlərinə şad xəbər: PSJ ilə matçda olacaq

00:21 2 Noyabr 2015

"Real"ın yarımmüdafiəçisi Qareta Beyl artıq fərdi proqram üzrə məşqlərə başlayıb. 

Uelsli futbolçusu oktyabrın ortasında İspaniya La Liqasının VIII turunun "Levante" ilə matçında baldır əzələsindən zədələnmişdi.

Təcrübəli yarımmüdafiəçi eyni zədə səbəbindən sentyabrda iki həftə meydana çıxmamışdı. 

Bildirilir ki, Beyl Çempionlar Liqasının qrup mərhələsinin IV turunda, noyabrın 3-də PSJ ilə keçiriləcək ev oyununda komandasına kömək edə biləcək. O, tərəflər arasında Parisdə keçirilən qarşılaşmanı buraxmışdı.


Xəbər xətti