"Qarabağ"ı məğlub etmək istəyirik" - "Monako"nun baş məşqçisi

11:25 2 Noyabr 2015

Fransa 1-ci Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi "Monako" doğma meydanında "Anje"ni 1:0 hesabı ilə məğlub edib. Sportarena.az xəbər verir ki, matçdan sonra "Monako"nun baş məşqçisi Leonardo Jardim qələbəni belə şərh edib:

 

"Artıq öz oyunumuzu tapmağa başlayırıq. Mövsüm boyu oyunumuzu daha da inkişaf etdirəcəyik. İlk hissədə oyunumuzudan razı qalmasam da, ikinci hissədə komandamın nümayiş etdirdiyi oyunnan məmnun qaldım. Bu qələbə bizə vacib idi və bizi daha da ruhlandırdı.

 

Leonardo Jardim "Qarabağ"la Bakıda keçiriləcək matç haqda da fikir bildirib:

 

"İlk oyunda gördük ki, "Qarabağ" güclü rəqibdir. Biz qələbə qazansaq işimzin çox hissəsini görmüş olacağıq. Buna görə də, "Qarabağ"ı məğlub etmək istəyirik".

 

Qeyd edək ki, "Monako" Fransa 1-ci Liqasında 12 turdan sonra 20 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.


Xəbər xətti