"İmkanım olsaydı, "Borussiya" ilə görüşdə qapıya 2 qolkiper qoyardım"

13:06 2 Noyabr 2015

"Qəbələ"nin əsas qapıçısı Dmitri Bezotosnı Almaniya "Borussiya"sı ilə Dortmundda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur matçında meydana çıxmayacaq. Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, bu barədə "qara-qırmızılar"ın baş məşqçisi Roman Qriqorçuk bildirib.

 

Ukraynalı mütəxəssis Bezotosnının yoxluğunu komandası üçün böyük itki adlandırıb. O, noyabrın 5-də keçiriləcək matçda qapını David Petrjkeviçin qoruyacağını əminliklə deməyin tez olduğunu bildirib: "Petrjkeviçdən əlavə, Andrey Popoviç kimi qapıçımız da var. Kimin qapıda duracağına oyunöncəsi son məşqin ardından qərar verəcəyəm. İmkanım olsaydı, “Borussiya” ilə görüşdə qapıya 2 qolkiper qoyardım. Təbii ki, bu, bir zarafatdır".

 

Qeyd edək ki, Dortmunddakı BVB stadionunda keçiriləcək "Borussiya" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


Xəbər xətti