Ronaldo: "Real"ı tərk edə bilərəm? Niyə də yox?"

02:55 3 Noyabr 2015

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında PSJ ilə keçirəcəkləri oyundan öncə maraqlı açıqlaması ilə diqqət çəkib. 

"Kicker" dərgisinin verdiyi xəbərə görə, portuqaliyalı forvard Madrid klubundan mümkün gedişini ərh edib:

"Real"ı tərk edə bilərəm? Niyə də yox? Hazırda mən bu komandanın uğurları üçün çalışıram. Ancaq futbolda bilmək olmur sabah nə baş verəcək.

Həmişə səni xoşbəxt edən işləri görməlisən. Heç kim bilmir ki, nələr olacaq".


Xəbər xətti