"Qarabağ" Suraxanıda, Monako "Tofiq bəhramov"da

21:49 3 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq “Qarabağ”– “Monako” qarşılaşmasından öncə  keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.
 
Sportarena.az xəbər verir ki, “atlılar”ın baş məqçisi Qurban Qurbanov və komandanın bir futbolçusu 16:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
 
“Monako”nun baş məşqçisi Leonardo Jardim isə 17:15-də mətbuat konfransında iştirak edəcək.
 
“Qarabağ”ın açıq məşqi 18:45-də Suraxanıdakı bazada olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. 18:15-də isə klub tərəfindən ayrılmış avtobus media mənsublarını Tofiq Bəhramov adına Respublika stadionundan Suraxanıdakı bazaya aparacaq.
 
"Qarabağ":
Mətbuat konfransı  -  16:30 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 18:45 – (`Qarabağ` FK-nın bazası, Suraxanı qəsəbəsi)
 
"Monako":
Mətbuat konfransı  -  17:15 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 18:00 (T. Bəhramov adına Respublika stadionu)


Digər xəbərlər

Xəbər xətti