Əl-Şaaravi "Qarabağ"a da qol vurmaq istəyir

16:50 4 Noyabr 2015

"Ötən ay İtaliya yığmasının heyətində Bakıda oynamışam. Bu şəhərlə bağlı yaxşı xatirələrim var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Monako"nun hücumçusu Stefan Əl-Şaaravi deyib. İtaliyalı forvard paytaxtımızla bağlı fikirlərini bölüşüb. O, sabah "Qarabağ"a keçirəcəkləri oyuna da toxunub:

 

"Yığmanında heyətində Bakıda qol vurmuşdum. Ümid edirəm ki, sabah "Qarabağ"la görüşdə də bunu bacaram".

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.


Xəbər xətti