Azərbaycan çempionatı start götürəcək

21:23 4 Noyabr 2015

Noyabrın 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatı start götürəcək.

6 komandanın mübarizə aparacağı çempionatda ilk dəfə olaraq yerli komandalarla birgə digər ölkənin kollektivi də yarışacaq.

2017-ci ildə Avropa çempionatına birlikdə ev sahibliyi edəcək Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq nəticəsində “Tbilisi” komandası da çempionatda mübarizəyə qoşulacaq. Beləliklə, “Azəryol”, “Azərreyl”, “Lokomotiv”, “Telekom”, gənclərdən ibarət Azərbaycan millisi və “Tbilisi” klubu çempionluq uğrunda mübarizə aparacaq. Yalnız “Tbilisi” komandası tur sistemində mübarizə aparacaq. Belə ki, komanda hər səfərində ardıcıl olaraq bir neçə oyun keçirəcək.


Xəbər xətti