Qurban Qurbanovun yubiley matçı

13:48 5 Noyabr 2015

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Monako"nu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki bu matç Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Belə ki, "Monako" sınağı Qurbanovun "Qarabağ"la çıxdığı 50-ci avrokubok matçı olacaq.

 

Qeyd edək ki, 8-i Çempionlar Liqası, 41-i Avropa Liqasında baş tutan bu matçlarda "Qarabağ" 23 qələbə qazanıb, 14 heç-heçə edib və 12 dəfə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti