"Qarabağ" - "Monako": Nə qədər bilet satılıb?

14:01 5 Noyabr 2015

Avopa Liqasının J qrupunda mübarizə aparan "Qarabağ" bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın "Monako" klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, stadionun kassalarında bu qarşılaşma üçün bilet satışı davam edir. Artıq satışa çıxarılan biletlərdən 15 mini satılıb. Bilet satışı matçın başlanma saatınadək davam edəcək.

 

Qeyd edək ki, "Qarabağ" -"Monako" matçı saat 20:00-da start götürəcək.


Xəbər xətti