Kamran Ağayevin də iştirak edəcəyi derbi Çakıra tapşırıldı

17:45 5 Noyabr 2015

Türkiyə PTT 1-ci Liqasında oynanılacaq "Karşıyaka" - "Göztepe" derbisinin baş hakimi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"nın "Göztepe" ilə keçirəcəyi derbi matçını təcrübəli FİFA referisi Cüneyt Çakır idarə edəcək. Sözügedən matç 8 noyabr saat 20:00-da baş tutacaq.

 

Qeyd edək ki, "Karşıyaka" klubu Türkiyə PTT 1-ci Liqasında 10 turdan sonra 9 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti