Sadıq Sadıqov qalibləri mükafatlandırdı

18:02 5 Noyabr 2015

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənclər arasında dünya birinciliyinin mükafatçılarını qəbul edib. Sportarena.az xəbər verir ki, görüşə bürünc medal qazanan Hidayət Heydərov və Firudin Dadaşov, həmçinin onların şəxsi məşqçi-müəllimləri, milli komandanın məşqçi və texniki heyətinin nümayəndələri də qatılıblar.

 

Sadıq Sadıqov çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin hər zaman idman və olimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, federasiyanın prezidenti Rövnəq Abdullayevin cüdoçulara göstərdiyi diqqət və qayğını da qeyd edib.

 

Sonra tədbirdə əməkdar məşqçi Ağayar Axundzadə, milli komandanın məşqçiləri Fərhad Məmmədov, Elçin İsmayılov, uğur qazanan idmançıların şəxsi məşqçi-müəllimləri Tərlan Həsənov, Etibar Bağırov da çıxış edərək, onlara göstərilən böyük etimada görə federasiya rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Sonda gənclər arasında dünya birinciliyinin mükafatçılarına, onların şəxsi məşqçilərinə, milli komandanın məşqçiləri və texniki heyətinə pul mükafatları təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti