Yığmamızın sabiq üzvü hakimi bir yumruqla yerə sərdi - VİDEO

18:17 5 Noyabr 2015

Azərbaycanlı futzalçı Rusiyada maraqlı olayla gündəmə gəlib. Sportarena.az "apasport.az"a istinadən xəbər verir ki, futzal üzrə yığma komandamızın sabiq üzvü Sərxan Mikayılov hakimi yumruqla vurub.

 

Hadisə futzal üzrə Rusiya çempionatının Qərbi Sibir zonasında baş tutan “Kurqan” – “Viraj” matçında baş verib. Epizodların birində rəqib futbolçunun müdaxiləsindən sonra “Viraj”ın oyunçusu Mikayılov ardıcıl iki dəfə yerə yıxılsa da, hakim məhz onların əleyhinə sərbəst zərbə təyin edib. Buna əsəbiləşən millimizin sabiq üzvü topu ona tərəf atıb. Hakimin bu hərəkətə görə ona qırmızı vərəqə göstərməsi isə həmyerlimizi daha da qəzəbləndirib. Nəticədə Mikayılov yumruq zərbəsi ilə hakimi yerə sərib və bundan sonra zalı tərk edib.

 

Qeyd edək ki, görüş “Kurqan”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti