Cüdoçumuz bürünc medal qazandı

23:33 7 Noyabr 2015

Mavrikiyanın Port-Lui şəhərində keçirilən cüdo üzrə açıq Afrika kuboku yarışlarının ilk günündə altı Azərbaycan idmançısı tatami üzərinə çıxıb.

Qadınların yarışında Aişə Qurbanlı (48 kq) əvvəlcə ev sahibi idmançı Letiçiya Lumeloya və daha sonra avstraliyalı Hloe Raynerə qalıb gəlib. Lakin cüdoçümüz yarımfinalda ekvadorlu Diana Kobosa az fərqlə məğlub olub.

Üçüncülük uğrunda mübarizədə A.Qurbanlı amerikalı Katelin Boysdan güclü olub və nəticədə yarışın bürünc medalına sahib çıxıb. 


Xəbər xətti