Ronaldo 3,2 milyona Türkiyədə villa aldı

16:22 8 Noyabr 2015

"Real"ın dünyaca məşhur futbolçusu Kriştianu Ronaldo Türkiyənin İzmir bölgəsindən ev alıb. Sportarena.az xəbər verir ki, 7 yataq, 3 qonaq otağı, 2 hovuzu olan villaya futbolçu 3,2 milyon avro ödəyib. 12 min metrlik bir ərazidə yerləşən mənzili Ronaldo fotolara baxaraq seçib.

 

Mənzilin yerləşdiyi ünvan sirr saxlanılır. Ronaldo yay istirahətlərini burada keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, bundan əvvəl Hollivud ulduzu Ancelina Coli və Bred Pitt cütlüyü də 2,6 milyona İzmirdən villa almışdı.


Digər xəbərlər

Xəbər xətti