Cüdoçularımız Okeaniya kubokunda yarışacaq

13:40 11 Noyabr 2015

Cüdo üzrə Azərbaycan yığması noyabrın 13-14-də Avstraliyanın Vullonqonq şəhərində keçiriləcək açıq Okeaniya kuboku yarışlarında iştirak edəcək. Sportarena.az xəbər verir ki, reytinq xarakteri daşıyan yarışa Port-Luidə keçirilən açıq Afrika çempionatında mübarizə aparan cüdoçularımız qatılacaqlar.

 

Turnirdə ölkəmizi Oruc Vəlizadə (60kq), Tərlan Kərimov (66kq), İsmail Piriyev, Fəqan Quluzadə (hər ikisi 73kq), Abdulhaqq Rasullu, Hüseyn Rəhimli (hər ikisi 81kq), Məmmədəli Mehdiyev, Rüstəm Alimli (hər ikisi 90kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), Aişə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) təmsil edəcəklər.


Xəbər xətti