Hakimi döyən azərbaycanlının işinə nə vaxt baxılacaq?

17:16 11 Noyabr 2015

Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılovun "Viraj" komandasının heyətində "Kurqan"la Rusiya çempionatının yüksək liqasındakı səfər matçı zamanı hakimi döyməsi ilə bağlı insidentə baxılacaq.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin sədri Artur Qriqoryants TASS-a açıqlama verib. O, iclasın noyabrın 11-də keçiriləcəyini əlavə edib.

 

Qeyd edək ki, Sərxan Mikayılov oktyabrın 31-də Kurqanda keçirilmiş qarşılaşmadakı epizodların birində hakimin qərarını əsəbi qarşılayıb. O, rəqiblə mübarizədə yerə yıxılsa da, hakim cərimə zərbəsi təyin etməyib. Mikayılov hirsindən topu hakimin sifətinə atıb. Referi vərəqə göstərmək istədikdə 40 yaşlı futzalçı onun sifətinə yumruq zərbəsi endirərək yerə sərib. Görüş "Kurqan"ın qələbəsi ilə yekunlaşıb - 6:1.


Xəbər xətti