Türkiyədə daha bir baş məşqçi istefası

23:09 11 Noyabr 2015

Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Şota Arveladze istefaya göndərilib. 

Sportarena.az xəbər verir ki, tərəflər qarşılıqlı anlaşma əsasında yollarını ayırıblar. 
Gürcüstanlı mütəxəssisə müqavilənin pozulması qarşılığında 200 min avro təzminat ödəniləcək.
Qeyd edək ki, Şota Arveladze mövsümün əvvəllərində "Trabzonspor"a baş məşqçi təyin olunub. 


Xəbər xətti