Azərbaycanlı futzalçıya 2 illik diskvalifikasiya - FOTO

10:40 12 Noyabr 2015

Rusiyada çıxış edən azərbaycanlı futzalçı Sərxan Mikayılovun cəzası bəlli olub. Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, “Viraj” futzal klubunun üzvü ciddi sanksiya ilə üzləşib.

 

Rusiya çempionatının Qərbi Sibir zonasında baş tutan “Kurqan” – “Viraj” matçında hakimi yumruqla vuraraq qırmızı vərəqə alan həmyerlimiz 2 il müddətinə futboldan uzaqlaşdırılıb. Bundan əlavə, Mikayılova 50 min rubl məbləğində cərimə kəsilib.

 

Qeyd edək ki, görüş “Kurqan”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. (apasport.az)


Xəbər xətti