"Qəbələ"ni "yıxan" hücumçu zədələndi

11:55 12 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussia" Dortmundun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bundes Liqa təmsilçisinin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq zədələnib. Forvard Qabon milli komandasının DÇ-2018-in seçmə mərhələsində Mozambikə qarşı keçirəcəyi matçda istirak etməyəcək.

 

Obameyanqın hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı keçirilən tibbi müayinədən sonra dəqiqləşəcək.


Digər xəbərlər

Xəbər xətti