"Beşiktaş" erməni futbolçu alır - FOTO

12:09 12 Noyabr 2015

Türkiyə Superliqasının lideri "Beşiktaş" qışda heyətini gücləndirəcək. Sportarena.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi erməni futbolçudur. Belə ki, "qara qartallar" Moskva Spartakının yarımmüdafiəçisi Aras Özbilizlə yaxından maraqlanır.

 

Uzun müddətdir, türkiyəli seleksiyaçıların diqqət mərkəzində olan 25 yaşlı havbekin qışda "Beşiktaş"a transfer olunacağı yazılır. Erməni futbolçu özü də Türkiyədə oynamağın əleyhinə olmadığını bildirib.

 

Qeyd edək ki, Özbiliz erməni olsa da, Türkiyədə anadan olub.


Digər xəbərlər

Xəbər xətti