Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayır

15:50 12 Noyabr 2015

Bu gün Islandiyanın paytaxtı Reykyavik şəhərində komandalararası Avropa çempionatı start götürəcək. Sportarena.az xəbər verir ki, ümumilikdə çempionatda birincilik uğurunda 66 komanda mübarizə aparacaq.

 

Ölkəmizi - Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandamızda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç təmsil edəcək.

 

Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət milli komandamız isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla,Nərmin Kazımova və lviyyə Fətəliyevadan ibarətdir.

 

Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçiriləcək və noyabrın 18-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti