"Fənərbaxça"nın hücumçusu xəstəxanalıq oldu

19:00 12 Noyabr 2015

"Fənərbaxça"nın hücumçusu Jose Fernandaonun başına xoşagəlməz iş gəlib. Sportarena.az xəbər verir ki, braziliyalı forvard evinin qarşısında huşunu itirərək, yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılan təcrübəli futbolçunun vaziyyətinin normal olduğu bildirilib.

 

"Fənərbaxça" rəsmi sayt vasitəsilə futbolçunun bir neçə müayinədən keçəcəyini açıqlayıb. Yalnız bundan sonra Fernandaonun son durumu ilə bağlı ətraflı məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti