Millimizin üzvü üçün 56 dəqiqə və sarı vərəqə

19:10 13 Noyabr 2015

Milli komandaların oyunları ilə əlaqədər yaranmış fasilədən istifadə edən İspaniyanın "Eybar" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun komandası Fransanın "Tuluza" klubu ilə qarşılaşıb. Matç İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Start heyətində meydana çıxan Eddi 56-cı dəqiqədə əvəzlənib. Həmyerlimiz qarşılaşmanın 41-ci dəqiqəsində sarı vərəqə almaqla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti