Fransa - Almaniya oyunu zamanı terror aktı: İŞİD Parisi qana buladı

10:52 14 Noyabr 2015

Dünən keçirilən Fransa - Almaniya zamanı terror aktı törədilib. Sportarena.az xəbər verir ki, Parisdə yerləşən "Stad de Frans" stadionunun yaxınlığında bir neçə partlayış baş verib.

 

Qarşılaşmanı stadionundan izləyən Fransa prezidenti Fransua Olland və hər iki ölkənin Xarici İşlər Nazirləri təcili oradan uzaqlşadırılıblar. Partlayışdan sonra minlərlə insan meydana axışıb.

 

Parisin digər küçələrində də törədilən terror aktları nəticəsində ünunilikdə 153 nəfər dünyasını dəyişib.

 

Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.


Xəbər xətti