Millimizin matçı sükutla başlayacaq

21:51 14 Noyabr 2015

Noyabrın 17-də keçiriləcək Azərbaycan - Moldova oyunu bir dəqiqəlik sükutla başlayacaq.
 
Bu barədə "Report"a oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev məlumat verib.O bildirib ki, buna səbəb Fransanın paytaxtı Parisdə törədilən terror aktıdır. 

Qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən terror aktı nəticəsində 120-dən çox insan həlak olub, 130-a yaxın şəxs yaralanıb.


Xəbər xətti