Fransa İngiltərə ilə görüşə çıxacaqmı?

12:07 15 Noyabr 2015

Parisdə törədilən terror aktından sonra Fransa ilə İngiltərə yığmaları arasında keçiriləcək yoldaşlıq matçının təxirə salınacağı ilə bağlı məsələ gündəmə gəlmişdi. 
Artıq məsələ ilə bağlı yekun qərar verilib.

Belə ki, fransızlar ingilislərlə matça çıxacaqlarını bildiriblər. Bu barədə Fransa Futbol Federasiyası öz rəsmi saytı vasitiəsi ilə açıqlama yayıb. Bununla da matçın "Uembli" stadionunda oynanılacağı dəqiqləşib. Komandalar hadisə qurbanlarını yad emək məqsədiylə meydana qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 17-də baş tutacaq.


Xəbər xətti