Milliləşən legioer: "Azərbaycanda özümüzü əcnəbi kimi hiss etmirik"

10:57 16 Noyabr 2015

"Azərbaycandan dəvət etdilər, mən də özümü sınamaq istədiyim üçün getdim. Bizi çox yaxşı qarşıladılar. Turnirlərdə iştirak etdik, beynəlxalq oyunlar keçirərək özümüzü inkişaf etdirdik". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında U-17 yığmamıza cəlb olunan "Trabzonspor"un hücumçusu Doğukan Öksüz deyib. Millimizin heyətində Qazaxıstanda turnirdə iştirak edən və turnirin ən yaxşı ön xətt oyunçusu seçilən forvard komandamızda özünü yaxşı hiss etdiyini gizlətməyib:

 

"Konkret Qazaxıstandakı turnirə qatılmışdıq. Orda 8 ölkənin komandası iştirak etmişdi və mən ən yaxşı hücumçu mükafatına layiq görülmüşdüm. Azərbaycanda dil problemi yaşamırıq. Bizə çox yaxşı davranırlar, özlərindən biri kimi qəbul edirlər. Orda özümüzü əcnəbi kimi hiss etmirik. Gələcəkdə hansı əsas yığmanın formasını geyinəcəyimlə bağlı hələ qərar verməmişəm. Həmin vaxt şərtlər nəyi tələb etsə, o cür də davranacam".


Xəbər xətti