Türk futbolçunun aldatdığı model nişanı qaytardı

11:38 16 Noyabr 2015

Türkiyə gözəli Əminə Gülşə nişanını qaytarıb.

 

Sportarena.az xəbər verir ki, hazırda “Asla vazgeçmem” serialında rol alan model futbolçu nişanlısı Mesut Özilin sosial şəbəkədə keçmiş sevgilisi ilə fotosunu paylaşmasından sonra bu addımı atıb. Bu yaxınlarda ingilis mediasında “Gələn yaa ailə quracağıq”, - deyə açıqlama verən futbolçu Berlində “Bambi” mükafatlandırma mərasiminə 5 ay əvvəl ayrıldığı sevgilisi Mandi Kapristo ilə yollanıb.

 

M.Özil bununla qalmayıb, sosial şəbəkədə eks-sevgilisi ilə fotosunu paylaşıb. Bu isə Əminəni əsəbləşdirib. O dərhal Mesutun ona aldığı 300 min lirəlik (təxminən 100 min manat) üzüyü geri qaytarıb.

 

Ə.Gülşənin çəkiliş meydançasında tez-tez ağladığı, bu səbəbdən kadrların fasilələrlə lentə alındığı da deyilir.


Digər xəbərlər

Xəbər xətti