Çində Azərbaycanın şərəfini 11 cüdoçu qoruyacaq

14:45 16 Noyabr 2015

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, baş məşqçi Peter Zayzenbaher noyabrın 20-22-də Çinin Qinqdao şəhərində keçiriləcək Qran-pri turnirində 11 idmançını sınaqdan çıxaracaq.

 

Avstriyalı mütəxəssis Asiyada əsasən aparıcı cüdoçulara güvənəcək. Belə ki, yarışda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans veriləcək.

 

Qeyd edək ki, yarışa 66 ölkədən 422 (270 kişi, 152 qadın) cüdoçu qatılacaq.


Xəbər xətti