"Real" "Bavariya"nın "qol silahı" ilə maraqlanır

19:21 16 Noyabr 2015

Mövsümün sonunda hücum xəttini gücləndirmək istəyən Madridin "Real" klubu "Bavariya"nın futbolçusu Robert Levandovski ilə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, bu barədə polşalı hücumçunun meneceri Çazari Çukariski açıqlama verib. O, "Marca"ya açıqlamasında Levandovski haqda iddiaların düzgün olduğunu bildirib.

 

Qeyd edək ki, mövsümün sonunda komandanın əsas hücumçularından olan Kərim Benzema məlum şantaj qalmaqalına görə “Real”dan göndərilə bilər. Bu səbəbdən paytaxt klubunun Levandokskiyə təklif göndərəcəyi gözləniləndir.


Xəbər xətti