AFFA ilin ən yaxşısını mükafatlandırmayacaq

00:22 17 Noyabr 2015

AFFA 2015-ci ildə milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırılma mərasimini keçirməyəcək. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

 

Onun sözlərinə görə, səbəb millinin AVRO-2016-nın seçmə mərhələdəki nəticələrinin nəzərdə tutulduğu səviyyədə olmamasıdır: "Komandamızın qarşısına "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulmuşdu. Amma təəssüf ki, son seçmə tsikldə bu vəzifə yerinə yetirilmədi. Ona görə də ən yaxşı futbolçunun mükafatlandırılma mərasimi olmayacaq".

 

Qeyd edək ki, AFFA ötən il də eyni səbəbdən analoji tədbiri keçirməyib.


Digər xəbərlər

Xəbər xətti