Yığmalarımızın oyunları "CBC Sport"da

11:21 17 Noyabr 2015

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Bayıl stadionunda keçiriləcək Azərbaycan – Rusiya qarşılaşması və Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, sözügedən matçlar "CBC Sport" televiziya kanalında birbaşa nümayiş olunacaq.

 

Azərbaycan U-21 – Rusiya U-21 oyunu saat 17:00-da, Azərbaycan – Moldova qarşılaşması isə saat 21:00-da başlayacaq.


Xəbər xətti