Messi "El-Klassiko"dan oynaya bilər, amma...

14:21 17 Noyabr 2015

2 aydır zədədən əziyyət çəkən Lionel Messinin "Real"la matçda meydana çıxma ehtimalı yüksəlir. Sportarena.az xəbər verir ki, klub saytı sentyabrın 26-da "Las Palmas"la oyunda zədə alan superulduzun son məşqdə çəkilmiş fotolarını yayaraq, onun sağaldığını təsdiqləyib.

 

Komandanın baş məşqçisi Luis Enrike də oyundan öncə Leo ilə görüşüb, oynamağa hazır olub-olmadığını müzakirə edəcək. Hazırkı duruma görə, Messi "El-Klassiko"da yarım saatlıq da olsa, çıxış edə bilər. Ancaq bu, onun növbəti dəfə zədələnməsi ilə nəticələnə bilər.

 

Belədə isə Enrikenin Messini riskə atmayacağını gözləmək olar.


Digər xəbərlər

Xəbər xətti