Rövnəq Abdullayev: "Gələcəkdə yığmamızdan yaxşı nəticələr gözləmək olar”

01:02 18 Noyabr 2015

"2015-ci ilin son oyunu idi. Sevinirik ki, milli komandamız ili qələbə ilə başa vurdu”. 
Sportarena.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev yığmamızın Moldova üzərində 2:1 hesabı ilə qələbə qazandığı oyunu belə şərh edib: “Bu gün milli komandamızın heyətində meydana gənc futbolçular çıxmışdı. Hansılar ki, ilk dəfə yığmaya dəvət alırlar. Komandamız yaxşı təsir bağışladı. Görünür ki, bu komandada potensial var. Gələcəkdə yığmamızdan yaxşı nəticələr gözləmək olar”.

AFFA prezidenti bu gün Rusiya üzərində 3:0 hesablı qələbə qazanan 21 yaşadək futbolçulardan ibarət yığmamızın da uğuruna toxunub: “U-21-in bu cür qələbəsi bizi sevindirir. Biz daim uşaq futboluna, aşağı yaş qrupları üzrə millilərimizə böyük diqqət ayırırıq. Gənclər yığmasında da görülən işlər bəhrəsini verir. Rusiya millisi çox güclü rəqibdir. Bu komandanın əksər üzvləri 17 və 19 yaşlılar arasında Avropa çempionatında final oynayıblar. Bu gün isə Azərbaycan millisi həmin komandanı üstələdi”.

(Futbolxeber.az)


Digər xəbərlər

Xəbər xətti