"El-Klassiko"nun hakimi müəyyənləşdi

14:33 18 Noyabr 2015

İspaniya La Liqasının XII turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" matçının hakimləri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu matçı David Fernandez Borbalan idarə edəcək. Bu onun "El-Klassiko"ya üçüncü təyinatıdır. Daha əvvəl onun idarə etdiyi hər iki matçda “Barselona” qələbə qazanıb.

 

Qeyd edək ki, "Real" - "Barselona" matçı noyabrın 21-i Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti