Prosineçki Foqtsun yolu ilə getməyəcək

16:57 18 Noyabr 2015

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ənənəvi fevral toplanışından imtina edib. Sportarena.az xəbər verir ki, gələn ilin fevral ayında milli komandamız Berti Foqtsun dövründəki kimi təlim-məşq toplanışına yollanmayacaq.

 

Əvəzində xorvatiyalı mütəxəssis mart ayında yoxlama oyununun keçirilməsini istəyir. Bunun üçün hazırda rəqib axtarışı davam etdirilir. Millimizin yeni ildəki ilk toplanışı da elə həmin görüş öncəsi baş tutacaq. (azerisport.az)


Xəbər xətti