Ronaldodan alqışlanası addım

10:31 19 Noyabr 2015

İspaniyanın "Real" klubu və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək. Sportarena.az "Report"a istinadən xəbər verir ki, jurnalist Rəna Hərbi #CristianoMeetHaidar haştaqından istifadə etməklə, Haydar barədə danışıb.

 

"Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib.

 

Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər ikiqat terror aktı törədiblər. Terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb.


Digər xəbərlər

Xəbər xətti