Azərbaycan çempionatının təqvimi açıqlandı

12:50 19 Noyabr 2015

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının ilk dövrəsinin oyunları Qəbələ Olimpiya Kompleksində keçiriləcək. Sportarena.az xəbər verir ki, çempionatda 4 komanda mübarizə aparacaq.

 

Noyabrın 22-də start götürəcək yarışın açılış mərasimi saat 16:30-da başlanacaq. Bunadək "Neftçi" - "Nəqliyyatçı Gənclər" mərasimindən sonra isə "Sumqayıt" - "Nəqliyyatçı" görüşləri baş tutacaq. Ertəsi gün "Nəqliyyatçı Gənclər" "Sumqayıt"ı, "Neftçi" "Nəqliyyatçı"nı sınağa çəkəcək. Nəhayət, noyabrın 24-də "Nəqliyyatçı" - "Nəqliyyatçı Gənclər" və "Sumqayıt" - "Neftçi" qarşılaşmaları oynanılacaq.

 

Qeyd edək ki, qalan 2 dövrənin oyunlarının tarixi və məkanı hələ müəyyənləşməyib.


Digər xəbərlər

Xəbər xətti