"Messisiz “Real” və “Barselona”nın gücləri eynidir"

21:27 19 Noyabr 2015

“Barselona” futbol klubunun keçmiş yarımmüdafiəçisi Xavi Hernandes İspaniya La Liqasının 12-ci turu öncəsi fikirlərini bölüşüb.

Sportarena.az xəbər verir ki, Xavi tur çərçivəsində “Real” – “Barselona” arasında keçiriləcək “El Klassiko”da favorit komandanın olmadığını deyib. Yarımmüdafiəçinin qənaətinə görə, derbi matçında güc fərqini dəyişəcək yalnız bir istisna mövcuddur. “Düşünürəm ki, Messi oyuna çıxmadığı halda komandalar bərabər gücdədir. Əlbəttə, Madrid komandasında da zədəlilər var. Lakin onların yoxluğu heyətə elə də ziyan gətirmir. Katalon klubunda isə bu, belə deyil. Çünki “Santyaqo Bernabeu”da Messisiz qələbə çətin görünür”, - deyə Xavi bildirib.

Artıq zədəsi sağalan argentinalı ulduz böyük qarşılaşma öncəsi məşqlərə də qatılıb. İstənilən halda, Messini ilk dəqiqələrdən meydanda yer alması hələ sual altındadır. 


Digər xəbərlər

Xəbər xətti