"Liverpul" sabiq futbolçusunu geri qaytarır

00:47 20 Noyabr 2015

"Bavariya"nın yarımmüdafiəçisi Xabi Alonso keçmiş klubu "Liverpul"un maraq dairəsindədi.

Sportarena.az xəbər verir ki , Mersisayd klubu mövsümün sonunda azad agent olacaq 33 yaşlı ispanı geri qaytarmaq üçün hərəkətə keçib.

Daha əvvəl bildirilirdi ki, "Bavariya" Xabi Alonso ilə müqavilənin müddətini uzatmağa hazırlaşmır. Alonsonu heyətində görmək istəyən klublardan biri də "İnter"di.

2004-2009-cu illərdə "Liverpul"da oynayan Xabi Alonso 2005-ci ildə Çempionlar Liqasını qazanıb.

Bu mövsüm 10 oyunda meydana çıxan təcrübəli yarımmüdafiəçi bir məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti